Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Qalacaq
Yolumuzu doğru ölçüb-biçsəkdə,
Dünyanın hər sınağından keçsəkdə,
Ölüm şərbətindən dadıb içsək də,
Hələ yaşanası dözüm qalacaq !
Kökləsəmdə susar qəlbimin simi,
Çalınmış tar olsa deməz dərdimi,
Alın yazımızın sınmaz tilsimi,
Yenə yaş axıdan gözüm qalacaq !
Həyata keçsə də istəyim belə,
Ümid yollarımı alsam da ələ,
Alovlanıb şölə saçsam da hələ,
Bir tək alışmayan közüm qalacaq !
Əlimin izi var solan yarpaqda,
Vətəndaş andım var üçrəng bayraqda,
Rahat yatacağam qara torpaqda.
Çünki bu dünyada izim qalacaq !
Sevinc İncəliyəm şeirə həvəsdə,
Cəh-cəh vurur könül bağım hər səsdə,
Yenə də olsamda o son nəfəsdə,
Sizə deyiləsi sözüm qalacaq !
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 880 | Рейтинг: 0.0/0