Sənin sevgin gərəkdir
Söz vermişdim özümə. Bacarmadım özümlə. Sevməyəcəkdim daha Verdiyim son sözümlə. Hardan çıxdın qarşıma Sən bu cür qaş-gözünlə. Öldürmədin öləydim. Bu düşdüyüm kələkdir. Tənha qalacamsa, mən sevgi nəyə gərəkdir? Mənə rahatlıq haram. Qız deyil bu mələkmiş. Sinəmdəki döyünən daş deyilmiş ürəkmiş. Qəlbimdəki qasırğa sanma adi küləkmiş. Səni sevirəm, gözəl. Sənsizlik mənə dərddir. Deyə bilməyəcəmsə, sevgi nəyə gərəkdir? Bu dar gündə, zamanda yanımda olmadınsa, Həyatıma günəştək üfüqdən doğmadınsa, Sənsizliyi içimdə sevginlə boğmadınsa, Uzaqlara qaçmağım düzgün bir hərəkətdir. Nəyə lazımdır axı, Sevgi nəyə gərəkdir? Ömürlük yanımda ol. Məni sənsiz buraxma. Sən də məni sevirsən. Sən də mənsiz darıxma. Sənə bir söz deyəndə bir imkan ver, danışma. Bəlkə sənə sözüm var. Susmağın məsləhətdir. Mənə qara gözlərin, sənin sevgin gərəkdir.
| |
Просмотров: 867 | |