Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Bir gəmi var kapitansız
Bir gəmi var kapitansız.
Tənha üzər dənizlərdə.
Qonaqları qağayılar,
üzüb keçən akulalar.
Gəmiyə vuran o dalğalar
aparır nagüman səmtə.
Qəmgin bayraq altında o
yer dəyişər dənizlərdə.
Arzu tutar,
ümid tapar
ulduzların guşəsində.
Bir gəmi var kapitansız
qəm dolu su hövzəsində.
Dəfələrlə üzə-üzə
fırtınaya rast gəlibdir.
Zavallı və tənha gəmi
sinə gərib,
güc gəlibdir.
Fəryadını dalğalara,
sevgisini buludlara
anladaraq bəhs edibdir.
Kapitansız üzən gəmi
çox dənizlər fəth edibdir.
O qaçıbdır oralardan -
Qan ağlayan limanlardan.
Azad, tənha üzür gəmi.
Kənar gəzir insanlardan.
İnsan adlı yalanlardan.
Xatırlamır olanları,
keçmişində qalanları.
Bir dəfəlik unudubdur
kimlərəsə qul olmağı.
İndi azad üzür gəmi
kapitansız dəryaları.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 939 | Рейтинг: 0.0/0