Gedərəm görərsən.
Çox nazınla oynayıram mən sənin, Qoyub səni tək,gedərəm,görərsən. Sanma səni tərk edə bilmərəm mən, İnanma,neynək,gedərəm,görərsən. Gündə on dəfə küsüb barışırsan, Hirslənəndə yaman çox danışırsan, Bəlkə məni qırmağa çalışırsan? Çox dedin,əl çək,gedərəm,görərsən. Mən səninlə tanış olandan bəri, Üzüm gülməyib,çəkirəm dərd-səri, Mən gedəndə bir də dönmürəm geri, Ürək də kövrək,gedərəm,görərsən. Gedəndə ağlayıb qəhərlənmərəm, Bir də sizin məhlədə hərlənmərəm, Səndən ayrılanda kədərlənmərəm, Gülüb sevincək gedərəm,görərsən. Mən doya bilmərəm bu eşqimizdən, Xeyir də tapmarıq bu itgimizdən, Bəlkə bezmisən daha sevgimizdən? Budursa istək,gedərəm,görərsən. Sözlərinlə qəlbimə çox dəyirsən, Məndən axı,söylə,nə istəyirsən? Hərdən zarafatla da get deyirsən, Olar bu gerçək,gedərəm,görərsən. Gəl məni məcbur eləmə getməyə, Bezmişəm nazınla dərdə yetməyə, Başqa yolum yoxdur sübut etməyə, Səninçün örnək-gedərəm,görərsən. Vaxt gələr ki,yaşla dolar gözlərin, Zülmət olar işıqlı gündüzlərin, Yazıb "səni sevməyirəm” sözlərin, Məktubuma həkk edərəm,görərsən…
| |
Просмотров: 949 | |