Gül
Kimsə sənə gül verir, mənasını bildirir. Gül aldığın hər zaman, gör gül verən nə deyir. Çəhrayı gül verirsə, məhəbbətin bildirir, O, gizli məhəbbəti bu gül ilə bildirir. Qırmızı gül verirsə, səni sevirəm deyir, Səninlə əbədilik həyat qurmaq istəyir. Bənövşəyi verirsə, fikrin ilə yaşayır. Əgər ağ gül verirsə, onda öpür, ayrılır. Sarı gülü verirsə, sənə nifrət bəsləyir. Səni aldatmaq üçün hər an sevirəm deyir. Məni sevirsənmi? …. Suala bir bax Əgər sevirsənsə görən hardasan? Özün öz kefində, bəlkə dardasan? Dardasansa səslə, gələrəm gülüm Baxmaram ki, mənə edirsən zülüm Gecə də, gündüz də qulağım səsdə Elə bil heç yoxsan sən olan kəs də! Vəfasızlıq sənə inan yaraşmır, Saf eşqi olanlar həddini aşmır! Amma nə olar ki qayıt deyirəm, Səni həyatımdan çox istəyirəm! Səninlə gedərəm son mənzilədək İstərəm səninçün mən də olum tək! Özüm istəmədən gördüm bu günü, Neyləyim, olmuşam eşqin düşgünü!
| |
Просмотров: 902 | |