Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Среда, 25.06.2025

Səni sevdiyimi dedim mən aya
Bir səhər dayandım dənizə sarı
Sakitcə seyr etdim göy dalğaları
Düşündüm sevgimi kimə söyləyim,
Kimə tərifləyim bu gözəl yarı.
Səni sevdiyimi dedim mən Aya
Ay onu aparıb söyləsin çaya
Çay axıb tökülər bir gün dənizə
Bəlkə dəniz deyər bu sirri sənə
Səni sevdiyimi öyrəndiyin an
Mənimçün dayanar bir anlıq zaman
Bəlkə də sənin də gözün dolacaq,
Ya da ki hər şeyin sonu olacaq…
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1041 | Рейтинг: 0.0/0