Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Суббота, 13.12.2025

Ölməyə gəldim
Sevgimin şəriki olmayan gözəl,
Səninlə dərdimi bölməyə gəldim.
Əlvida sözünü deyib, sonra da,
Saçına nərgizlər hörməyə gəldim.
Vüsalın köçkünüm, hicran məskənim,
Qismətim olubdur ayrılıq mənim,
Bir zaman üzündən öpərdim sənin,
İndisə gözündən öpməyə gəldim.
Sevgindən olmuşam ürəyi xəstə,
Əzrayıl dayanıb başımın üstə,
Sürünə-sürünə bu son nəfəsdə,
Sənin qucağında ölməyə gəldim.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 982 | Рейтинг: 0.0/0