Dərdliyəm
Sevgin ürəyimdə qərib düşübdür Yurdu talanıbdır yuvası uçub, Gecələr sığınıb ümid payına Dərin baxışında yuxu da susub. Zaman çox yarama bil sığal çəkib Amma dərinlikdə nə çox qəm-kədər Nə çox izdirab var nələr bilmirəm Bəlka ürək yatır bir ümman qədər. Daha fikirlərim darma dağındır Yolumun əvvəli başı görünmür Bəxtim daş içində sükut bağlayıb Ayılan vaxtı yaşı görünmür. Daha sevmərəm heç kimi əsla Sevdiyim xəyanət eylədi mənə Bu dərdə layiq deyiləm dünya Axı neylədim neylədim sənə.
| |
Просмотров: 1041 | |