Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Среда, 25.06.2025

Bir kölgəsi
Bilsən mənə nələr deyir,
Keçib gedər kədər, — deyir.
Yeni bir eşq gələr deyir,
Nələr, nələr, nələr deyir -
bir özgəsi.
Məni heç vaxt duymayan yar,
Mənə bir gül qıymayan yar,
Nə biləsən, məni gülə
Qərq etməkdən doymayan var -
bir özgəsi.
Dərdimdən od tutub yanır,
Bütün gözəlləri danır,
Alışarsan, odlanarsan,
Bilsən məni mələk sanır -
bir özgəsi.
Məndən ayrı qala bilmir,
Mənsiz deyib-gülə bilmir.
Ah, nə edim, necə deyim,
Ürəyimi ala bilmir -
bir özgəsi.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 900 | Рейтинг: 0.0/0