Şəkillərin
Saxlamışam şəkilləri, Bəzən olur, ki baxıram. Bu günləri, istəmirəm O günlərçün darıxmışam. İstiəirəm o günləri, Yadıma düşür, sənlə olan xatirələr, O illəri, unutmadım. İstəmirəm bu illəri Qəmlə dolu bu günləri, Tənha qalıb ağlamağım, Saxlamağım şəkilləri, Sevgim üçün. Görüş yeri, yadıma düşür, Hərdən olur yad edirəm, o yerləri, Orda olan çəkdiyimiz, Əl-ələ çəkdirdiyimiz, Saxlamışam şəkilləri, Sevgim üçün… Görüş yeri, sənlə orda olduğumuz, Torpaq üstə, yarpağdan qurduğumuz O vaxt sevgi rəsmləri. Sevgimizin şəkilləri Yoxdu daha İndi külək silib gedib, Mənsə hələ, Saxlamışam şəkilləri Sevgim üçün. Sevgimizin il dönümü, Gətirdiyim çiçəkləri, o gülləri, İnanmıram saxlayasan. Aldatmışam fəsilləri, Göz yaşımla yaşatmşam… Birinci gün almadığın, o gülləri… Sevgim üçün!
| |
Просмотров: 921 | |