Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Среда, 25.06.2025

Dəyər Vermədin
Damarımdan axan qan etdim səni
Buz tutmuş qəlbimə can etdim səni
Könlümə bir sultan, xan etdim səni
Niyə bu sevgiyə dəyər vermədin?!
Gündüz günəş oldum gecə ay oldum
Qiş olmadim hər fəsildə yay oldum
Külüng vuran o Fərhada tay oldum
Niyə bu sevgiyə dəyər vermədin?!
Səni düşünürəm hər gün hər səhər
Mən sənə bal oldum sən mənə zəhər
Həsrətdən ürəyim oldu birtəhər
Niyə bu sevgiyə dəyər vermədin?!
Sən idin düşüncəm xəyalim dərdim..
Tikanlı yoluna güllər düzərdim..
Ölüm nədir! Ölümədə gedərdim!
Niyə bu sevgiyə dəyər vermədin?!
Ağlarkən gözündə nəm oldu Rusif
Sən sevinc ol deyə qəm oldu Rusif
Ömrünü taladı kəm oldu Rusif
Niyə bu sevgiyə dəyər vermədin?
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 933 | Рейтинг: 0.0/0