Əzizim
Niyə qəm duyulur baxışlarından? Niyə danışmırsan,niyə əzizim? Niyə qaldımısan qəm yelkənini? Yaman tufanlıdı sevgi dənizim. """""""""""""""""""""` Ömür boşa keçir bir insafa gəl, Pusquda dayanıb amansız əcəl. Saçıma dən salma vaxtından əvvəl Sənsiz ay nəinsaf solub bənizim. """""""""""""""""""""""" Heyifin gəlmirmi bu məhəbbətə? Qoruya bilməsən dönər nifrətə. Qorxmursan baş alıb gedər qürbətə? Düşün taleyini qismətimizin. """"""""""""""""""""""" Saf eşqə inanıb qorusaq onu, Çılgın ehtirasa bürüsək onu. Mənalı yaşarsan ömrün uznu, Məhəmmədəlinin eşitsən sözün
| |
| Просмотров: 999 | |