Məni bagışlamaz Kəlbəcər Allah
Çəkdilər sinəmə hicran dagını, Söndürdülər yanan od-ocagımı. Töksələr gözümə yad torpagını, Məni bagışlamaz Kəlbəcər,ALLAH! """"""""""""""""""""""" Mənə həyat verib öz qucagından, Canıma can verib saf bulagından. Öpməsəm son dəfə mən torpagından, Məni bagışlamaz Kəlbəcər , ALLAH! """""""""""""""""""""" Dönmədi gəldiyim o yollar geri, Onun həsrətindən ölürəm , diri. Qoynunda boş qalsa bir qəbir yeri, Məni bagışlamaz Kəlbəcər , ALLAH! """"""""""""""""""""""` Yaşaram ömürdən,talehdən küsgün, Onun həsrətindən olmuşam üzgün. Məhəmmədəliyəm anmasam bir gün, Məni bagışlamaz Kəlbəcər , ALLAH!
| |
| Просмотров: 937 | |