Ağıl başqa, ürək başqa
Bir-birinə bənzəsə də, Yel başqadır, külək başqa. Ətri də xoş, rəngi də xoş Gül başqadır, çiçək başqa. Hər diki yoxuş bilmə, gəl, Hər meyi meyxoş bilmə, gəl. Hər uçanı quş bilmə, gəl Quş başqadır, böcək başqa. ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ Hər dərdinə ortaq mənəm, Hər ağrını tən bölənəm, Sən çəkənsən, mən gələnəm Gəmi başqa, yedək başqa. ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ Haqqın yolu-öz yolumdur, Əyilməyən düz yolumdur, Xeyirlə şər sağ – solumdur Şeytan başqa, mələk başqa. ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ Bir diləyə mən calandım, Gah qazandım, gah talandım, Ömrüm boyu haçalandım Ağıl başqa, ürək başqa. ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ Dilək oldu mənim adım, Pərvazlandı qol-qanadım, Ҫatmadı səbrim, inadım Әməl başqa, dilək başqa.
| |
| Просмотров: 1256 | |