Yaman darıxmışam
Yaman darıxmısam səninçün,yaman! Mən əsir düşmüşəm öz istəyimə. Nifrəti gizlətmək asandan asan Sevgini gizlətmək mahalmış,demə! ~~~~~~~~~~~~~~~~~~ Haraylar yüksəlir könüldən yenə, Bu necə haraydı,bu necə haydı? Öhdəmdən gələrdim…Gözüm üzünə Qulağım səsinə darıxmasaydı… ~~~~~~~~~~~~~~~~~~ Yaman darıxmışam…Bu nədir yenə Ağlım sağa baxır,ürəyim sola. Ürəyim dönübdür göy göyərçinə Qonub sən gedəli sən gələn yola. ~~~~~~~~~~~~~~~~~~ Yaman darıxmışam…Hər axşamçağı Arzumu günəşin telinə sardım. Mənimlə olsaydı,mən darıxmağı Zamana ən uzun ölçü sanardım… ~~~~~~~~~~~~~~~~~~ Yuxuma gəlmişdin…Qısıldıq küncə Danışdıq…Yel əsdi…Dağıldı dərd-qəm. Kölgəyə dönmüşdüm,səni görüncə Sənin işığında yox oldu kölgəm…
| |
Просмотров: 1145 | |