Kəlbəcər dağlarına
Qəmgin-qəmgin, qərib-qərib, Gözü yolda qalan, dağlar. Yayda yaşıl xalı sərib, Qışda tənha, viran, dağlar. Cığırları qar alıbdı, Başın üstün sar alıbdı, Gediş-gəliş azalıbdı, Oldun talan-talan, dağlar. Eşit bizim duamızı, Qaytar eli, obamızı. Cavan, yaşlı, qocamızı Əfv et, sən o Quran, dağlar. Ömür keçir yadlaşırıq, Sənziz gəzib, dolaşırıq, Çay keçirik, yal aşırıq, Çatammırıq bir an, dağlar. "Gedən yoçu dönər bir gün”, Yad cıraqlar sönər bir gün, Verər Tanrım hünər, bir gün, Olluq sənə həyan dağlar.
| |
| Просмотров: 1102 | |