Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 09.04.2026

Xəyallar – Şahmar Bayramlı
Xəyallar, sevdiyim,

buraxmır məni rahat.

Sənsiz baxdığım hər yerdə sanki gözlərin gizli.

Dözmək olmur buralarda həsrətinə.

Bacara bilmirəm xəyallarınla.

 

Səninlə bərabər bu şəhər də yox oldu sanki

Hər addımda bir uçurumun kənarında tapıram özümü.

Quşlar belə mənim olduğum yerlərdən uçmaz oldu.

Burda həyat çox tez bitdi.


Buralara qış da çox tez gəldi.

Bu qış bir daha çətin gedər ömrümdən.

Bitən ömür səhifələri, düşən o son yarpaq…

Yazılmaz bir daha qəlbimdə o səhifələr.

Çətin… Çətin bir daha yaz gələr.

 

Məni soruşsan?

Yooox… Soruşma…

Çünki səndən sonra heç olmadım mən,

Yaşamadım, yaşamadım, sevdiyim.

Səndən aldığım nəfəsin üstünə nəfəs almadım.

 

Həsrətinlə hər gün yenidən ölürəm,

Bitirəm, gedə bilmirəm bu dünyadan.

Çünkü bu dünyada bir yarım qalıb.

Tək diləyim, gözlərinə baxaraq ölməyimdir.

 

Bilirəm, ağlayacaqsan gedişimlə,


 
Bilirəm, heç kəs mənim səni sevdiyim qədər sevməyəcək,

Sevə də bilməyəcək.

Mən səni şeirlərdə sevdim,

Nəğmələrdə, notlarda sevdim.

Yuxusuz açılan səhərlərdə,

Xəyalınla dolu gecələrdə sevdim.

Acılarda sevdim, sevinclərdə sevdim.

Gözlərinə həsrət baxışlarımda sevdim.

Sevdim dediyim hər kəlməmdə sevdim.

 

İndi ayrı dünyalardayıq,

başqa sevgilərdə təsəlli tapmışıq.

Necə başlamışdı, gör indi necə bitdi?

Bu qədərmi asandı?

Yox, bitmədi. Bitirdik….

Yox, bitirmədik də… Bitirdiyimizi zənn edtik.

Bu sevda bitməyəcək.

Bir daha görüşməsək belə,

Bir daha göz-gözə gələ bilməsək belə,

Tutduğum hər əldə,

baxdığımız hər gözdə,

duyduğumuz  hər səsdə

bir-birimizi axtaracağıq.

Sən mənim məbədim oldun, gizli məbədim.

Son nəfəsə qədər səni sevəcəyəm,

Sənin məni sevdiyin kimi…

Nə artıq, nə də əksik.

Səni sevməyimi istəyirsənsə,

sevəcəksən səni sevdiyim kimi…

sevəcəksən səni sevdiyim kimi…
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (18.10.2013)
Просмотров: 1022 | Рейтинг: 0.0/0